Bundesver Yaxın Şərqdə alman vətəndaşlarının genişmiqyaslı təxliyə əməliyyatına hazırlaşır.

Bu barədə “Spiegel” yazıb.

Bildirilir ki, təxliyəyə əsas kimi İranın bu həftə İsrailə zərbə endirəcəyini ehtimal edən kəşfiyyat məlumatları göstərilib.

Analitiklər, demək olar, əmindirlər ki, “Hizbullah” Livan ərazisindən İsrailə qarşı genişmiqyaslı hücuma başlayacaq.

Öz planlarında Almaniya hərbçiləri ilk növbədə almaniyalıların Livandan xilas edilməsinə diqqət yetirirlər. Almaniya Hərbi Hava Qüvvələrinin kiçik A400M nəqliyyat təyyarələri parkı və müvafiq ekipajları var ki, onlar da belə bir ehtimal üçün bir neçə gündür hazır vəziyyətdədirlər.

Təyyarələr bir neçə saatlıq uçuşla almanları Beyrutdan götürə, onları Kipr adasında endirə və yenidən Livan paytaxtına doğru yönələ bilərlər.

İstinadlar Report