
Böyük Britaniya dondurulmuş Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunan gəlirdən Ukraynaya 3 milyard ABŞ dolları köçürəcək.
Bu barədə Ukraynanın “İnsayder” nəşri Böyük Britaniyanın Baş naziri Kir Starmerin Kiyevə səfərinin yekunlarına dair məlumatında bildirib.
Daha əvvəl Britaniya KİV bu tranşın Ukraynaya kredit şəklində verilməsinin planlaşdırıldığını və onun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcəyini bildirmişdi. Eyni zamanda, London Kiyevin əldə edəcəyi vəsaitlə hansı silahları alacağı ilə bağlı veto hüququnu özündə saxlamaq niyyətində idi.