Böyük Britaniyanın hərbi rəhbərliyi öz əsgərlərinin Əfqanıstanda və İraqda törətdikləri cinayətlər haqqında informasiyanı gizlədib.

“Sunday Times” nəşrinə kömək edən müstəntiqlər Böyük Britaniyanın xüsusi aviadesant xidmətinin hərbi qulluqçularından birinin qətldə iştirakına dair, həmçinin “Black Watch” batalyonunun üzvləri tərəfindən edilmiş cinayətlərə dair sübutları tapıblar. Qeyd edilir ki, söhbət Şotlandiyanın kral alayının tərkibinə daxil olan batalyon üzvlərinin iştirakçısı olduğu güman edilən döymələrdən, işgəncələrdən, seksual təhqirlərdən və başqa cinayətlərdən gedir.

İstinadlar Report