Braziliyada qəzaya uğrayan sərnişin təyyarəsi qəza siqnalı göndərməyib və uçuşlara icazə verildiyi üçün işlək vəziyyətdə olub.

Bu barədə G1 portalı xəbər yayıb.

“(Braziliya – red.) Hərbi Hava Qüvvələrinin məlumatına görə, uçuş yerli vaxtla saat 13:20-dək normal davam edib, saat 13:21-dən etibarən təyyarə əlaqəni kəsib, qəza siqnalı göndərməyib və əlverişsiz hava şəraiti barədə məlumat verməyib”, – məlumatda deyilir.

Təyyarənin məxsus olduğu aviaşirkətin məlumatına görə, hava gəmisinə heç bir məhdudiyyət olmadan uçuş icazəsi verilib. Təyyarədə 62 yox, 61 nəfərin olduğu dəqiqləşdirilib. Onların arasında 4 ekipaj üzvü və 57 sərnişin olub.

İstinadlar Report