Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən sazişsiz çıxması ehtimalına qarşı ölkənin beş naziri istefa verməyə hazırdır.

Mənbələr istefa verə biləcək hökumət üzvləri arasında mədəniyyət naziri Niki Morqan, Şimali İrlandiya üzrə nazir Culian Smit, ədliyyə naziri Robert Bakland, səhiyyə və sosial təminat naziri Matt Hankok, baş prokuror Ceffri Koks kimi simaların adını çəkir.

Bundan əvvəl baş nazir Boris Conson Fransa prezidenti Emanuel Makronla telefon söhbəti zamanı “Brexit” tarixini dəyişdirməklə bağlı parlamentin tələblərinə baş əyməyəcəyini bildirmişdi. Ötən həftə Aİ-nin əlaqələndirmə qrupu B.Conson hökumətinin təklif etdiyi saziş şərtləri ilə razılaşmadıqlarını açıqlamışdı.

İstinadlar Report