BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib.
Bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.
“Görüş cümə axşamı baş tutmalıdır”, – adı çəkilməyən mənbə agentliyə deyib.
Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.