
ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya və Mərkəzi Asiya üzrə İdarənin rəhbəri Erik Qrin təqaüdə çıxması ilə əlaqədar vəzifəsini tərk edib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Departament rəhbəri kimi E. Qrin ABŞ Prezidenti Cozef Baydenin gəlişi ilə əslində Ağ evin aparatında Rusiya üzrə baş mütəxəssisə çevrilmişdi.
O, 2021-ci ildə İsveçrənin Cenevrə şəhərində C. Baydenlə Rusiya Prezidenti Vladimir Putinin görüşünün əsas təşkilatçılarından biri olub. Qrin 30 ildən artıq müxtəlif xarici siyasət vəzifələrində çalışıb.