ABŞ Prezidenti Cozef Baydenin iki müşaviri – Eymos Hokstin və Brett Makqyork Livandakı müharibəyə son qoymaq və köçkünlərin öz evlərinə qayıtmasına imkan verəcək razılaşmanın əldə edilməsinə kömək etmək üçün İsrailə yola düşüblər.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Srail və ABŞ rəsmiləri qeyd ediblər ki, İsraillə “Hizbullah” arasındakı müharibəyə son qoyacaq razılaşmanın bir neçə həftə ərzində əldə oluna bilər. Onların məlumatına görə, mümkün razılaşmalar atəşkəs elan edilməsini və s. nəzərdə tutur.