Aprelin 5-dən sonra Ermənistan təhlükəsizlik vektorunu dəyişə bilər.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, baş nazir Nikol Paşinyan aprelin 5-də Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə Brüsseldə keçirəcəyi üçtərəfli görüşlə bağlı hakim “Vətəndaş sazişi” partiyasında böyük gözləntilər yaradıb:

“O, bunun Ermənistanın və konkret hökumətin xilası üçün kosmik əhəmiyyət daşıyan müstəsna hadisə olacağına ümid etdiyini bildirib. “Vətəndaş sazişi”nin üzvləri böyük səbirsizliklə bu görüşü gözləyirlər”.

Materialda həmçinin yazılıb ki, əgər Qərb dəstəkləyici bəyanatlarla yanaşı, əməli addımlar da ataraq Ermənistana böyük həcmdə maliyyə ayırsa, ölkənin iqtisadiyyatının Rusiyadan asılılığına son qoyula bilər:

İstinadlar Report