
Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Cozef Baydeni ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər.
Bunu “Wall Street Journal” qəzetinin apardığı sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, respondentlərin 80 %-i Baydenin daha bir prezidentlik dövrü üçün yaşlı olduğu fikri ilə razılaşır. Qeyd olunur ki, Demokrat Partiyasının tərəfdarlarının üçdə ikisi Baydeni başqa namizədlə əvəz edəcək. Respondentlərin 47 %-i həm hazırkı prezident, həm də keçmiş dövlət başçısı Donald Trampı digər namizədlərlə əvəz edərdi.
Nəşr iddia edir ki, bu gün prezident seçkiləri keçirilsəydi, respondentlərin 48 % -i Trampa, 42 %-i Baydenə səs verərdi.