Fevralın 6-da Alyaska ştatının səmasında radar ekranlarından itmiş “Bering Air” şirkətinə məxsus təyyarədə olan 10 nəfərin hamısı ölüb.

Hadisənin səbəbləri hələ açıqlanmayıb. Unalaklit şəhərindən Nom şəhərinə uçan təyyarədə doqquz sərnişin və bir pilot olub.

NBC telekanalı öz növbəsində qəza qalıqlarının Nom şəhərindən cənub-şərqə doğru 34 mil (54,7 km) məsafədə aşkar edildiyini açıqlayıb.

İstinadlar Report