
Almaniyada sürət qatarının yük maşını ilə toqquşması nəticəsində ən azı 12 nəfər xəsarət alıb.
Məlumata görə, qəza Aşağı Saksoniya federal əyalətində baş verib. Təcili tormozlamaya baxmayaraq, içərisində 269 nəfərin olduğu qatar dəmir yolu keçidində yük maşınına çırpılıb.
Ümumilikdə 12 nəfərin yaralandığı, onlardan birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd edilir.