Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı (XDİ/XSİ) konservativ bloku ilə Almaniya Sosial Demokrat Partiyası (ASDP) Bundestaqda növbədənkənar seçkilərdən sonra Almaniyada koalisiya hökumətinin formalaşdırılması barədə razılığa gəliblər.

Danışıqların iştirakçıları gələcək koalisiya razılaşmasının fikir ayrılığına səbəb olan bəndləri üzrə prinsipial razılığa gələ biliblər. “İndi yalnız təfərrüatlar qalıb”, – telekanalın mənbələri qeyd edib.

Bildirilib ki, üç partiya danışıqların nəticələri barədə çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da ictimaiyyəti məlumatlandırmaq niyyətindədir.

İstinadlar Report