Almaniya Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasından sonra Şərqi Avropanın mövqelərinin güclənməsindən ehtiyat edir.

Bu barədə “The Daily Telegraph” yazıb.

Almaniya kansleri Olaf Şolts artıq Aİ Şurasında səsvermə prosedurunu dəyişmək niyyətindədir.

Bu, təkcə səs verən ölkələrin sayından deyil, həm də onların əhalisinin sayından asılıdır. Ukrayna ittifaqa daxil olarsa, bu baxımdan beşinci ən böyük ölkə olacaq və Şurada təxminən 9 % səsə sahib olacaq.

Kiyevin Polşa və Şərqi Avropanın digər ölkələri ilə sıx əlaqələrinin Fransa və Almaniyanın təsirini zəiflədə biləcəyi vurğulanır.

İstinadlar Report