Almaniya 2015-ci ildəki miqrasiya böhranına nisbətən daha çox qaçqın qəbul edəcək.

Bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Proqnozlara əsasən, 7 il bundan əvvəl böhranın pik nöqtəsində 890 min qaçqın qəbul edən ölkədə bu rəqəm 1,2 milyon təşkil edəcək.

Göstərilən müddət ərzində təkcə Ukraynadan Almaniyaya 1 milyondan çox insan gəlib. Bundan əlavə, oktyabrın sonunadək Suriya, Əfqanıstan, Türkiyə, İraq və digər ölkələrin vətəndaşlarından 181 612 sığınacaq müraciəti daxil olub.

İstinadlar Report