
Avropa İttifaqı (Aİ) Belarusda son prezident seçkilərinin nəticələrini saxtalaşdırdıqlarına və etirazçılara qarşı zorakılıq əməllərinə görə bu ölkənin 31 rəsmi şəxsinə qarşı iqtisadi sanksiyalar tətbiq etmək niyyətindədir.
Diplomatik mənbələrə görə, məhdudlaşdırıcı tədbirlər görüləcək 31 yüksək vəzifəli şəxs arasında Belarus xarici işlər naziri Yuriy Karayev də var.
Belə ki, dünən nazir ölkəsinin polisini “dünyanın ən humanist və təmkinli” olaraq səciyyələndirib.
Eyni zamanda hələ tam qətiləşməyən həmin siyahının ilkin variantında prezident Aleksandr Lukaşenkonun adı yoxdur.