Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanğıcından ABŞ və Rusiya hərbçiləri tərəfindən yaradılmış münaqişənin həlli üçün (“dekonfliktinq”) xüsusi rabitə xətti yalnız bir dəfə istifadə edilib.

Bu barədə “Reuters”ə adının açıqlanmasını istəməyən amerikalı rəsmi məlumat verib.

Mənbə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı kritik infrastrukturun yaxınlığındakı hərbi əməliyyatları ilə bağlı narahatlıqlarını bildirmək üçün “dekonfliktinq” xəttinə müraciət edib.

ABŞ rəsmisi zəngə səbəb olan konkret olay barədə ətraflı bilgi verməkdən imtina edib, ancaq deyib ki, söhbət Rusiyanın noyabrın 15-də Ukraynaya kütləvi raket hücumu zamanı Polşa ərazisinə raketin düşməsindən getmir.

İstinadlar Report