Bu ilin mayında ABŞ və İran rəsmiləri arasında Omanda vasitəçilik yolu ilə danışıqlar olub.

Bu barədə “İran İnternational” məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı Oman rəsmiləri iki ölkənin ayrı-ayır məkanlarda yerləşən təmsilçilərinin mesajlarını bir-birinə çatdırıblar.

Məlumata görə, ötən ay ABŞ və İranın nümayəndə heyəti Omanda eyni vaxtda səfərdə olub. Rəsmilər arasında dolayı əlaqənin də həmin vaxt qurulduğu iddia olunur.

Vasitəçilərin yardımı ilə reallaşan danışıqda əsasən, İranın nüvə proqramının müzakirə olunduğu bildirilib .

İstinadlar Report