
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin növbəti raundunun aprelin 19-da Romada keçirilməsi planlaşdırılır.
“Üç mənbə mənə bildirib ki, ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların ikinci raundu şənbə günü Romada keçiriləcək”, – o, “X” sosial şəbəkəsində yazıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın komandasında İrana yanaşma ilə bağlı fikir ayrılıqları yaranıb. Administrasiyanın bəzi nümayəndələri, o cümlədən vitse-prezident Cey Di Vens, Trampın xüsusi elçisi Stiven Uitkoff və Pentaqon rəhbəri Pit Heqset hesab edirlər ki, sövdələşmənin bağlanması üçün xüsusilə Vaşinqton tərəfindən mümkün güzəştləri nəzərdə tutan “diplomatik həll” lazımdır.