ABŞ Ukraynaya “Patriot” zenit-raket komplekslərini təhvil verəcək.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Onlar Senat tərəfindən bu yaxınlarda təsdiqlənmiş 40 milyard dollarlıq yeni yardım paketinin bir hissəsi olacaq.

Mayın 19-da təsdiqlənən yeni yardım paketi Ukraynaya 20 milyard dollarlıq hərbi yardımı nəzərdə tutur.ABŞ Ukrayna ordusuna “Patriot” və uzaqmənzilli artilleriya kimi silah sistemlərinin verilməsini maliyyələşdirməyi planlaşdırır.

Bundan əlavə, yardım paketinə Ukraynaya qlobal ərzaq yardımı üçün təxminən 5 milyard dollar və qaçqınlara 1 milyard dollardan çox dəstək daxildir.

İstinadlar Report