Birləşmiş Ştatlar Ukraynaya daha 1,1 milyard dollarlıq hərbi yardım paketi təqdim edəcək.

Qeyd olunur ki, son yardım paketi Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində təqdim olunur. Buraya döyüş sursatı olan 18 HIMARS MLRS və dronlara qarşı mübarizə üçün 12 titan sistemi daxildir.

Nəşrin mənbələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin son uğurlarında HIMARS və digər oxşar sistemlər əsas rol oynayıb.

İstinadlar Report