Amerika administrasiyası Ukraynaya 725 milyon dollar məbləğində növbəti silah paketi göndərməyə hazırlaşır, buraya piyadaəleyhinə minalar da daxildir.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hərbi yardım paketinə pilotsuz uçuş aparatlarına qarşı sistemlər və HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları da daxil olacaq.