ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentindən ailələrin və qeyri-vacib işçilərin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib. Vaşinqton çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq.

Bu barədə CNN telekanalının müxbiri Metyu Şans tvitter səhifəsində bildirib.

“ABŞ-ın Kiyevdəki səfirliyi bu gün Dövlət Departamentindən qeyri-vacib işçilər və ailələrin səfirliyi tərk etməsinə icazə verməyi xahiş edib. ABŞ Ukraynaya məlumat verib ki, “çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq”, – media sözçüsü yazıb.

İstinadlar Report