ABŞ növbəti beş həftə ərzində Ukraynaya silah tədarükünü sürətləndirəcək.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Cozef Bayden administrasiyası növbəti beş həftə ərzində Ukraynaya irimiqyaslı silah tədarükünü planlaşdırır. Yardımlar çərçivəsində yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli texnika və digər texnikanın göndəriləcəyi bildirilir.