ABŞ Ukraynaya 150 km-ə qədər mənzilli raketlər ötürmək niyyətindədir.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketinə “Ground Launched Small Diameter Bomb” (Yerdən Atılan Kiçik Diametrli Bomba – GLSDB) yüksəkdəqiqlikli idarə olunan raketlər daxildir.

ABŞ-İsveç istehsalı olan bu raketlər HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərindən buraxılır və onlarla kilometr uzaqlıqdakı hərəkətli hədəfləri vura bilir.

2,2 milyard dollarlıq yeni hərbi yardım paketi bu həftə elan ediləcək.

İstinadlar Report