ABŞ Prezidenti Cozef Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbətində etiraf edib ki, ABŞ Konqresi Ankaraya “F-16” qırıcılarının satışı üçün İsveçin NATO-ya daxil olmasını şərt kimi qoyub.

Belə ki, qəzetin Ankara bürosunun jurnalisti Hande Fırat prezidentlər arasında son telefon danışığının müvafiq təfərrüatlarını təqdim edib.

Tərəflər arasında telefon danışığı mayın 29-da Türkiyədə keçirilən və Ərdoğanın qalib gəldiyi prezident seçkilərinin ikinci turundan sonra olub.

“Bayden bildirib ki, “F-16″ qırıcılarının satışında irəliləmək istəyir, lakin Konqres İsveçi şərt olaraq qoyur. Söhbət Türkiyənin Stokholmun alyansa daxil olması ilə bağlı protokolu təsdiqləməsindən gedir” – Hande Fırat bildirib.

Amerika lideri qeyd edib ki, o, “Qərbin Ərdoğana qarşı hücumlarını ədalətsiz hesab edir”. Fıratın sözlərinə görə, bu ifadə söhbətdə iştirak edən Ərdoğan administrasiyasının üzvlərinin təəccübünə səbəb olub.