İraqın Ənbər vilayətində ABŞ hərbçilərinin yerləşdiyi “Əyn əl-Əsəd” hərbi bazasının yaxınlığında partlayış səsləri eşidilib.

Bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb.

“Al Arabiya” telekanalı isə öz növbəsində İraq mənbələrinə istinad edərək bazanın raket atəşinə tutulduğunu bildirib. Məlumata görə, hücum nəticəsində yaralanan olmayıb.

İstinadlar Report