
ABŞ Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilərə 336 milyon dollar əlavə humanitar yardım göstərmək niyyətindədir.
Qeyd olunur ki, maliyyə vəsaiti bu ərazilərə ərzaq, dərman və ilkin tələbat mallarının çatdırılmasına, eləcə də İsrail ordusunun hərəkətləri nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilərin qışda müvəqqəti mənzillə təmin olunmasına imkan verəcək.
Bildirilir ki, Qəzza zolağı və İordan çayının qərb sahili son bir ildə humanitar böhran vəziyyətindədir.