
ABŞ emissarları ilə Ukrayna və Avropa nümayəndələri arasındakı görüş, çox güman, aprelin 23-də Londonda baş tutacaq.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-ı danışıqlarda Dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiven Uitkoff və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun təmsil edəcəyi gözlənilir.