ABŞ administrasiyası yaxın vaxtlarda İsrailə 50 F-15 qırıcısı da daxil olmaqla 18 milyard dollarlıq silah satışını elan edəcək.

Onların sözlərinə görə, yəhudi dövlətinə silah verilməsinə qarşı çıxan iki nüfuzlu demokrat senator Ağ Evin təzyiqi altında mövqeyini dəyişib. Beləliklə, müqavilənin Konqres tərəfindən bloklanması ehtimalı azdır və bu, ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri İsrailə ən böyük silah satışlarından biri olacaq.

Silahlar ABŞ-nin yəhudi dövlətinə ayırdığı illik 3,3 milyard dollarlıq hərbi yardım hesabına ödəniləcək.Silah paketinə “hava – hava” raketləri daxil ediləcək.

İstinadlar Report