Mayın ortalarından iyunun əvvəlinə qədər Ukrayna kifayət qədər çətin vəziyyətlə üzləşəcək.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, təkcə cəbhədən və ya daxili siyasi vəziyyətdən deyil, hər şeydən asılıdır:

“Bizim qiymətləndirmələrimizə görə, yaxın gələcəkdə kifayət qədər çətin vəziyyət yaranacaq. Amma bu, faciəli olmayacaq. Rusiya kompleks tədbirlərə əl atacaq. Bu, təxminən mayın ortaları iyunun əvvəlinə təsadüf edəcək”.

İstinadlar Report