Bakıda kirayə yaşadığı evdən 3 min manatlıq kdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.