ABŞ-ın “The Walt Disney Company” kino şirkəti güclü yanğından zərər görmüş “Notr-Dam-de-Pari” kilsəsinin bərpasına 5 milyon dollar ayıracağını açıqlayıb.

“Notr-Dam-de-Pari” kilsəsi əsrlər boyu Parisin ürəyini və Fransanın ruhunu təcəssüm etdirən, sənətə və memarlığa hörmət bəslənməsinə şərait yaradan, bəşəriyyət tarixində möhkəm yer qazanmış ümid və gözəllik mayakıdır”, – şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, 1996-cı ildə “Disney” Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı əsasında “Notr-Damlı qozbel” cizgi filmini çəkib.

Qeyd edək ki, yanğın aprelin 15-də baş verib. Bu günə qədər kilsənin bərpası məqsədi ilə ayrılan ianələrin həcmi 1 milyard avroya çatıb.

İstinadlar Report