Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Con Baydenin boş vaxtını necə keçirməsi barədə danışıb.

Bu barədə “RİA Novosti” agentliyi bildirib.

“Bir çox amerikalılar kimi, o da kinonu sevir, onun sevdiyi iki iti var. Düşünürəm ki, sevdiyi ailəsi ilə vaxt keçirməyi sevir”, – Psaki deyib.

Administrasiyanın nümayəndəsi ABŞ-ın 46-cı prezidentinin boş vaxtı olduqda bu şəkildə dincəldiyini qeyd edib. Mətbuat katibi bildirib ki, ABŞ liderinin məhdud sayda boş vaxtı olur.

İstinadlar Report