“Kimi işdən çıxarırsan deyir ki, ya intihar edəcək, ya da prezidentə məktub yazacaq”.

Bunu Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla jurnalistlər ücün təşkil edilən mətbuat konfransında deyib.
O, son günlər ADU-da baş verən məsələlərə aydınlıq gətirib.

“Söhbət iki xanımdan gedir.  O məsələlərdən biri məhkəmədə olduğu üçün geniş danışmaq istəmirəm.  Elmira Baxşəliyeva  deyir ki,  haqsız olaraq vəzifəsindən kənanlaşdırılıb. Həmin şəxs başqa vəzifəyə keçirilib.Bu barədə əmr də var. Onun da səbəbi var. Bu xanım neçə illər burada işləyib, ona “gözün üstə qaşın var” deyən olmayıb. Bir ildə üç dəfə laborantları məzuniyyətə göndərib. Bu, iqtisadi və siyasi pozuntudur və birbaşa saxtakarlıqdır. Yaşı da keçib. Ali savadı yoxdur, mənə dedilər ki, masaj kursunu bitirib. O, laborantların sənədinə baxıb.  Qol çəkdiyi sənəddə maaşın miqdarını göstərməyib”.

Rektor universitetdə qohumlarının işləməsi ilə bağlı ittihamlara da cavab verib:

Oxumağa dəyər:   Bərdədə 2 uşağı xəstəxanaya atan baba ilə nənəsi imiş...

“Bu universtitetdə cəmi bir qohumum işləyir. O da professor Azad Məmmədovdur. Kafedra müdiridir, məndən əvvəl burada işləyib. İkinci bir yaxınımın burada işlədiyini mənə kimsə deyə bilməz. Nəzərinizə çatdırım ki, ADU-da  17 il işləmişəm. İlk təcrübəmi burada toplamışam və dostlarımın olması normaldır. Gərginliyi aradan qaldırmaq üçün tanıdığım insanlarla işləməli idim”.

K. Abdulla əlavə şöbələrin yaradılması məsələsinə də toxunub:

“Bu ittihami irəli sürənlər cəmiyyəti çaşdırmaqdan başqa bir iş görmürlər. Həmin ixtisasların öyrənməsi xarici dili mənimsəyə yaxşı kömək edir. Universitetdə xarici  dili bilən və bilməyən tələbələr var. Mən il yarım burada işləyirəm. İstəsəm də tələbələrin savadsız olmasına məsul ola bilmərəm. Çünki tələbələrə dərs dediyi  üçün onlar məsuliyyət daşıyır. Universitetin baş mühasibini işdən çıxarmışam. Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə açıq dərslərin təşkilində buraxdığı səhvlərə  görə töhmət vermişəm. Bu  ittihamları niyə ona töhmət verəndən sonra qaldırır? Dedikləri böhtandır. Mən istəsəm də tələbəni zay edə bilmərəm. Çünki bir il yarım əvvəl bura təyin olunmuşam. Bir müəllim var ki tələbələri imtahanla təhdid edir. Söhbət Vüsalə Mürsəlovadan gedir. Bunun səs yazısı da var. O müəllim tələbələri mitinqə və iğtişaşa təhrik edir”.

Oxumağa dəyər:   Pakistanın baş naziri: "Hindistan nüvə silahından imtina edərsə, bənzər addım atmağa hazırıq"

 



İstinadlar Qafqazinfo