Prezident İlham Əliyev Azərbaycanda İnvestisiya Holdinqinin yaradılması məramından danışıb.

Prezident vurğulayıb ki, holdinq idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılıb: “Dövlət sistemində idarəetmə axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların  sağılması üçün istifadə edilir. Həmişə büdcədən doatasiyalara ehtiyac var. Strateji infrastruktur dövlətin əlində qalmaldıır. Əks halda, ərazini bərpa edə bilməyəcəyik.

Dövlət Neft Şirkəti ən böyük vergi ödəyicisidir. Ancaq bu yaxınlara qədər qazlaşdırma üçün dövlətdən doatasiya  alırdı. Bu, belə olmaz. Bəlkə bir neçə istisna var. Buna son qoymaq lazımdır. Kim yeni qaydalarla düzgün, şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb ediləcək”.

İstinadlar Qafqazinfo