KXDR Dövlət Şurasının sədri Kim Çen Inın Rusiyaya səfəri artıq gələn həftə baş tuta bilər.

Bu barədə bazar ertəsi Moskvadakı mənbələrinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

“Kim Çen Inın Rusiyaya səfərinin aprelin sonunda baş tutma ehtimalı kifayət qədər yüksəkdir”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya-Şimali Koreya sammiti, çox güman ki, Vladivostokda keçiriləcək.

İstinadlar Report