ABŞ və Ş.Koreya liderlərinin tarixi Sinqapur sammiti maraqlı məqamlarla yadda qalıb.

Azərbaycan 24 xəbər verir ki, Kim Çen In Trampla görüşə daşınan tualet gətirdib. Koreya rəhbəri görüş yerləri və qaldığı məkanların ayaqyolundan istifadə etməyib. Buna səbəb onun ifrazatlarının xarici kəşfiyyatın əlinə keçməsindən ehtiyatlanmasıdır. Kim Çen In kəşfiyyatın onun sağlamlığını və fiziki vəziyyətini öyrənmək üçün ifrazatın analizini apara biləcəyi versiyasını aradan qaldırıb.

Olduqca ehtiyatlı davranan Koreya lideri hətta Trampla imzalanma mərasimində masaya qoyulmuş qələmdən deyil bacısının verdiyi qələmdən istifadə edib.