Şimali Koreya lideri Kim Çen In ölkənin Hərbi Hava Qüvvələri komandanlığına səfəri zamanı hərbi təhdidlərə dərhal cavab vermək üçün Hərbi Hava Qüvvələrini döyüş hazırlığını gücləndirməyə çağırıb.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər verib.

“O, düşmənin hər hansı hərbi təxribatı və təhdidinə dərhal və güclü şəkildə müqavimət göstərmək üçün hava qüvvələrini daimi döyüş hazırlığı vəziyyətinə gətirmək, onun döyüş qabiliyyətini maksimum dərəcədə artırmaqla bağlı əməliyyat və taktiki siyasətləri açıqlayıb”, – agentlik Kim Çen Indan sitat gətirib.

Bildirilir ki, Şimali Koreya lideri qızı Kim Çju E ilə birlikdə Birinci Hərbi Hava Qüvvələri diviziyasının alayına baş çəkib və nümayiş uçuşunu izləyib.

İstinadlar Report