Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyasının (CHP) İcraiyyə Komitəsi Türkiyədə prezident seçkilərinin ikinci turunda müxalifət liderinin məğlubiyyətindən sonra cümə axşamı tam tərkibdə istefa verib. CHP-nin rəhbər orqanının toplantısı 4,5 saat davam edib və mətbuata bağlı keçirilib.

Bu barədə “CNN Turk” məlumat yayıb.

Türkiyənin ən qədim partiyasının rəhbərliyinin 17 nümayəndəsi istefa verib.