Azərbaycanda müəssisə və təşkilatlarda idarəetmə sistemini daim nəzarətdə saxlamaq, onun effektivliyinin qiymətləndirilməsi və artırılması məqsədilə beynəlxalq standart əsasında AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditinin keçirilməsi üzrə rəhbəredici sənəd” yeni dövlət standartı qəbul edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin təqdim etdiyi standart layihəsini Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

İstinadlar Report