Bundan əvvəl MPEG-3 (.mp3) audiosəs sıxma alqoritmini, həmçinin bu gün geniş istifadə edilən H.264 (AVC) və H.265 (HEVC) video kodeklərini işləyib hazırlayan Almaniyanın Fraunqover İnstitutunun mütəxəssisləri yeni video sıxma standartını – VVC və ya H.266 elan ediblər.

VVC – “versatile video coding” (“asanlıqla uyğunlaşan video kodlaşdırması”) kimi deşifrə edilir. Kodek çox yüksək təsvir ölçülü (4K, 8K, VR-qurğular üçün 360 dərəcəlik video) videoların internet üzərindən ötürülməsini xeyli asanlaşdırmalıdır, çünki 2013-cü ildə təqdim edilmiş HEVC kodeki ilə müqayisədə məlumatları iki dəfə daha səmərəli sıxmağa imkan verir və bu halda keyfiyyət saxlanılır. Məsələn, indi 1,5 saatlıq 4K təsvir ölçülü filmin tutumu təxminən 10 QB-dır. VVC kodekinin köməyi ilə sıxılmış həmin filmin tutumu 5 QB təşkil edəcək.

Emil Hüseynov

İstinadlar ict news