Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum olunub.

Bu haqda “Times of India” məlumat yayıb.

Yerli mətbuat qeyd edib ki, hücum zamanı azı 25 turist həlak olub, 24-ü yaralanıb.

Lakin səlahiyyətlilər hələlik bu barədə rəsmi açıqlama verməyiblər. Bölgənin rəsmisi Ömər Abdullah hadisə haqda bunları deyib deyib:

“Bu hücum son illərdə mülki şəxslərə qarşı gördüklərimizdən çox böyükmiqyaslıdır. Ölənlərin sayı hələ də dəqiqləşdirilir, ona görə də bu təfərrüatlara girmək istəmirəm”.

Hücum edənlərin axtarışına başlanılıb.