Ermənistan-Rusiya münasibətləri bu gün xeyli dərəcədə korlanıb və ölkələrə yeni və dərin dialoq lazımdır.

Bunu “Vətən uğrunda Tavuş” etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan xarici KİV-lərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu dialoq artıq mövcud razılaşmalara əsaslanmalıdır: “Təbii ki, Rusiya tərəfi üçün bir çox məsələlər var. Lakin normallaşmaya ehtiyacı olan hüquqi və müqavilə münasibətləri var. Bizim münasibətlərimiz son dərəcə dərin dialoq və qarşılıqlı anlaşma tələb edir. Bu mərhələdə biz bu münasibətlərin olmaması vəziyyətindəyik. Problemlər çoxdur, lakin biz bütün bu məsələləri qarşılıqlı anlaşma və dialoq səviyyəsində həll etməyə hazır olmalıyıq”.

İstinadlar Report