Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyan barəsində 2 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib. 

Kerobyana əsas olaraq evini tərk etmək, kimisə qəbul etmək və yaxud kənar şəxslərlə ünsiyyət qadağan edilib. 

Xatırladaq ki, V.Kerobyan fevralın 14-ü istefa verib. O, fevralın 15-i isə dindirilmək üçün Ermənistanın İstintaq Komitəsinə çağırılıb və ona qarşı vəzifə öhdəlikdən sui-istifadə maddəsi ilə ittiham irəli sürülüb.

İstinadlar Qafqazinfo