Tarix elmləri üzrə professor Kərim Şükürovun AMEA-nin Tarix İnstitutuna direktor seçilməsi barədə xəbərlər yayılıb.

Media məsələ ilə bağlı K.Şükürovla əlaqə saxlayıb. O bildirib ki, institut direktoru seçilmək üçün müəyyən prosedurlar var:

“Həmin prosedurlar mərhələlərlə həyata keçirilir. Mən prosedurlardan müəyyən qismini keçmişəm. Rəyasət Heyəti bu məsələ ilə bağlı iclas keçirməlidir. İclas hələ baş tutmayıb”.

Qeyd edək ki, bir neçə gün öncə Yaqub Mahmudov Tarix İnstitutunun baş direktoru vəzifəsindən azad edilib.

İstinadlar Qafqazinfo