Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Ağdaş rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rasim Mustafayevə yeni vəzifə verib.

Nazirin əmri ilə R.Mustafayev şöbə rəisi vəzifəsindən çıxarılaraq nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rasim Mustafayev Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin qardaşıdır.