İraqın Kərbəla şəhərində mikroavtobusda quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində ən azı doqquz nəfər ölüb, dörd nəfər yaralanıb.

Bu barədə İraqın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən “Al-Sumaria” telekanalı məlumat yayıb.

“Kərbəlanın girişində baş verən partlayış 9 nəfərin ölümü ilə nəticələnib, 4 nəfər yaralanıb”, – deyə kanal bildirir.

Qeyd edilir ki, “KİA” markalı mikroavtobusda quraşdırılmış partlayıcı qurğu Kərbəlanın girişindəki nəzarət-buraxılış məntəqəsinin yaxınlığında işə düşüb. Eyni zamanda, Kərbəla vilayət şurasının üzvü Nafi əl-Mayali, “Baghdadtoday” portalına, mikroavtobusun qazla işlədiyini, yanğın baş verdiyini və nəticədə onun partladığını bildirib.

İstinadlar Report