Keniya Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin şimalında qəzaya uğrayıb.

Bu barədə Keniya Müdafiə Nazirliyinin nümayəndəsi Zipora Kioko məlumat verib.

“Helikopter “Amani Boni” adlı əməliyyat çərçivəsində havadan müşahidə aparırdı”, – o deyib.

Helikopterin qəzaya uğraması nəticəsində azı 8 hərbçi ölüb.

İstinadlar Report