Keniya hava qüvvələrinə məxsus Mi171 E tipli helikopterin səhər saatlarında paytaxt Nairobi yaxınlığında, Kaciado dairəsində yerə enərkən uğradığı qəza nəticəsində azı 10 nəfər hərbçi həlak olub.

Bu barədə hərbi rəhbərliyin açıqlamasında bildirilir. Yerli hökumət qurumlarından bildiriblər ki, 13 nəfər isə xəsarət alıb. Xəsarət alanlar hava yolu ilə paytaxtdakı xəstəxanaya çatdırılıb.

İstinadlar Report